Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 25 yanvar 2017-ci il tarixində Neftçala rayon M.Əsədov adına internat ümumi orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları”  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Şagirdlərin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan tədbirdə  fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar,  fərdi mühafizə vasitələri,  yanğın təhlükəsizliyi, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı, dəm qazından zəhərlənmənin profilaktikası, “112” qaynar xətti və sair mövzularda geniş məlumat verilmişdir.

Tədbirdə “Fövqəladə hallar zamanı nə etməli?”, “Daşqın, zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması”, “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!” mövzularında geniş məruzə ilə çıxışlar edilmiş və mövzulara aid videoçarxlar nümayiş olunmuşdur.

Sonda suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 26 sentyabr 2018-ci il tarixində Hacıqabul rayonu Qarasu kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 26 sentyabr 2018-ci il tarixində Gəncə şəhər Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbində  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 26 sentyabr 2018-ci il tarixində Xaçmaz şəhər 5 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda  növbəti  maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu