Geri

FHN işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin plenumu keçirilmişdir

12 yanvar 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin akt zalında FHN işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin plenumu keçirilmişdir.

Plenumda FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir  Alxasov, Nazirliyin Aparat və qurumlarının Həmkarlar İttifaqı komitələrinin sədrləri iştirak etmişdir.

Tədbirdə çıxış edən FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov 2016-cı ildə görülən işlər haqqında hesabat verərək bildirmişdir ki, FHN işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilmiş, nazirliyin əməkdaşlarının mədəni istirahəti və asudə vaxtlarını mənalı keçirməsi istiqamətində işlər görülmüşdür. Nazirliyin əməkdaşlarının azyaşlı uşaqları üçün 31 dekabr -  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il, Novruz bayramında şənliklər təşkil edilmişdir.

Bundan başqa, Gənclər Günü, 8 Mart - Beynəlxalq Qadınlar Günü və digər bayramlar, həmçinin, vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş və yubiley yaşı tamam olmuş əməkdaşlar FHN işçiləri Həmkarlar İttifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

FHN işçilərinin Həmkarlar İttifaqı “Gənc xilasedici” IV Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” V Ümumrespublika birinciliyində, “Fövqəladə hallar uşaqların gözü ilə” VI Respublika yaradıcılıq müsabiqəsinin təşkilində yaxından iştirak etmiş, nazirliyin qurumları arasında keçirilən bir sıra idman tədbirlərinə dəstək olmuş, maddi durumu çətin olan və vəzifə borclarını yerinə yetirərkən xəsarət almış əməkdaşlara maddi yardım göstərmişdir. Həmçinin, aprel döyüşləri zamanı xəsarət almış əməkdaşlara, şəhid olmuş, yaralanmış şəxslərə və onların ailələrinə maddi yardım verilmişdir.

Sonra çıxış edən AHİK sədrinin müavini Cavanşir Alxasov tədbirin əhəmiyyətindən danışmış və FHN işçiləri Həmkarlar İttifaqının fəaliyyətini yüksək qiymətləndirmişdir.

Sonda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2018-ci ildə keçirilməsi nəzərdə tutulan III qurultayına hazırlıqla əlaqədar Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqının Həmkarlar İttifaqı komitələrində hesabat-seçki konfranslarının keçirilməsi qərara alınmışdır. 

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 22 avqust 2017-ci il tarixində Quba rayonu II Nügədi kənd həkim məntəqəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirmişdir. Tədbirdə yanğın, zəlzələ, meşədə və məişətdə yanğın zamanı və çimərlikdə təhlükəsizlik qaydaları kimi mövzular geniş müzakirə olunmuşdur....

Ardını oxu

Cənub Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Nazirliyin Baş əməliyyat idarəsi ilə birgə 18 avqust 2017-ci il tarixində  “Masallı rayon İcra Hakimiyyəti orqanları, xidmətləri, obyektləri arasında qarşılıqlı fəaliyyətin təşkilinə nəzarət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda Masallı rayon İcra Hakimiyyətində seminar-müşavirə keçirmişdir. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 18 avqust  2017-ci il tarixində Naftalan şəhər Mərkəzi Xəstəxanasının işçiləri ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu