Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 11 yanvar 2017-ci il tarixində Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Tədbirdə Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə “Zəlzələ zamanı necə davranmalı”, “Sel və daşqın zamanı nə etməli”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı” və “112 qaynar xətti”  mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir. 

Sonda mövzulara dair suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.

Digər məlumatlar

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 17 yanvar 2018-ci il tarixində Saatlı rayon 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 17 yanvar 2018-ci il tarixində Samux şəhər S.Əliyev adına 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

Azərbaycan FHN-in və Avstriyanın Federal Daxili İşlər Nazirliyinin Qəbələdə keçirdiyi növbəti birgə təlimlər başa çatmışdır

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikasının Federal Daxili İşlər Nazirliyi arasındakı əməkdaşlıq çərçivəsində yanvarın 5-dən başlamış xizəksürmə texnikası və qar uçqunlarında axtarış-xilasetmə üzrə növbəti təlimlər yanvarın 14-də başa çatmışdır....

Ardını oxu