Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 2017-ci il yanvar ayının 11-də Biləsuvar rayon M.İbrahimov adına internat məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları”  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Şagirdlərin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan tədbirdə  fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar,  fərdi mühafizə vasitələri,  yanğın təhlükəsizliyi, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı, dəm qazından zəhərlənmənin profilaktikası, “112” qaynar xətti və sair mövzularda geniş məlumat verilmişdir.

Tədbirin gedişatında “Fövqəladə hallar baş verən zamanı nə etməli?, “Daşqın, zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması, bu kimi halların baş verməməsi və ya baş verdikdə nə etmək lazımdır”, “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!” mövzularında geniş məruzə ilə çıxış olunmuş və yuxarıda adları sadalanan mövzulara aid videoçarxlar nümayiş olunmuşdur.

Sonda suallar cavablandırılmış və tədbirə yekun vurulmuşdur.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi cari il 23 fevral tarixində Səbail rayonu 236 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri kecirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 22 fevral 2017-ci il tarixində Salyan şəhər 9 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 22 fevral 2017-ci il tarixində Qubadlı rayonu Aşağı Mollu kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu