Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 10 yanvar 2017-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Masallı şəhər “Dəfinə” məktəb-liseyində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, məktəb-liseyin kollektivi iştirak etmişdir.

Toplantıda Mərkəzin əməkdaşları təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, ilkin və təxirəsalınmaz tibbi yardım barədə məlumat vermişlər. Həmçinin ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən  istifadə qaydalarına dair məruzələr dinlənilmiş, hər mövzu ilə bağlı foto slaydlar tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır.

Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 22 avqust 2017-ci il tarixində Quba rayonu II Nügədi kənd həkim məntəqəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirmişdir. Tədbirdə yanğın, zəlzələ, meşədə və məişətdə yanğın zamanı və çimərlikdə təhlükəsizlik qaydaları kimi mövzular geniş müzakirə olunmuşdur....

Ardını oxu

Cənub Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Nazirliyin Baş əməliyyat idarəsi ilə birgə 18 avqust 2017-ci il tarixində  “Masallı rayon İcra Hakimiyyəti orqanları, xidmətləri, obyektləri arasında qarşılıqlı fəaliyyətin təşkilinə nəzarət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda Masallı rayon İcra Hakimiyyətində seminar-müşavirə keçirmişdir. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 18 avqust  2017-ci il tarixində Naftalan şəhər Mərkəzi Xəstəxanasının işçiləri ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu