Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 10 yanvar 2017-ci il tarixində Xaçmaz şəhər 3 nömrəli orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və qurumları, yanğın və zəlzələ zamanı təxliyyə qaydaları, Şimal Regional Mərkəzinin regionda yerləşən dövlət qurumları və təhsil müəssisələri ilə qarşılıqlı fəaliyətin əhəmiyyəti, fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xəttinin rolu kimi mövzularda ətraflı məlumat verilmişdir.

Tədbirin sonunda zəlzələ, dəm qazı və odsöndürücü balonlarından istifadə qaydaları haqqında videoçarx nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 16 fevral 2018-ci il tarixində Gəncə şəhəri 33 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 16 fevral 2018-ci il tarixində Göyçay şəhər 9 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN Bakı Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə 16 fevral 2018-ci il tarixdə paytaxtın Sabunçu rayonu Nardaran qəsəbəsinin dəniz kənarı ərazilərində kiçikhəcmli gəmi istifadəçiləri ilə “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı”na dair maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu