Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti SOCAR-ın Qaz Emalı Zavodunda yanğın təhlükəsizliyi tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 28 sentyabr 2016-cı il tarixində SOCAR-ın Qaz Emalı Zavodunun Könüllü Yanğından Mühafizə Dəstəsinin üzvləri üçün “Neft sənayesinin yanğın təhlükəsizliyi: ərazi, bina və avadanlıqlara olan tələblər” mövzusunda tədbir keçirmişdir.

Tədbirdə neft sənayesi müəssisələrində ərazinin saxlanma xüsusiyyətləri, o cümlədən yollar, yanğın təhlükəsizliyi tələblərinə uyğun aralıq məsafələr, binalara, su mənbələrinə və digər obyektlərə keçid yollarla bağlı tələblər, maddə və materialların saxlanılması, nəqliyyat vasitələrinin müəssisə ərazisinə buraxılması, yanğınsöndürmə və yanğın rabitə siqnalizasiya vasitələrinin istismarı qaydaları haqqında söhbət açılmış, istehsalat və inzibati binalara, otaqlara və avadanlıqlara olan yanğın təhlükəsizliyi tələbləri və yanğın zamanı zəruri tədbirlər haqqında məlumat verilmişdir.

Könüllü Mühafizə Dəstəsinin üzvlərinə ilkin yanğınsöndürmə vasitələri, onların təsnifatı, tətbiq olunma qaydaları haqqında da məlumat verilmiş, odsöndürənlərdən istifadə etmək vərdişlərini aşılamaq üçün məşqlər keçirilmiş, dəstə üzvlərinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə etmək bacarıqları yoxlanılmışdır.

Digər məlumatlar

Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib

16 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyində Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib. ...

Ardını oxu

FHN-in Regional Mərkəzlərində maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Qazax rayonu H. Qaratel adına ümumi orta məktəbində, Şimal-qərb Regional Mərkəzi Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində, Sumqayıt Regional Mərkəzi Abşeron rayonu Güzdək qəsəbə tam orta məktəbində  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi  16 oktyabr 2019-cu il tarixində Gəncə şəhər 2 saylı tam orta məktəbdə, Göygöl şəhər 3 saylı tam orta məktəbdə, İctimai obyektlərə nəzarət sektoru Xaçmaz ...

Ardını oxu