Geri

FHN və Fransa səfirliyi birgə seminar keçirir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Fransa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr 2016-cı il tarixində Dövlət Yanğından Mühafizə Xidmətinin akt zalında “Meşə yanğınlarının idarə olunması” mövzusunda seminar işə başlamışdır.

Seminarın ilk günü çıxış edən FHN Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Ziya Hacılı bildirmişdir ki, seminarda Fransa Daxili İşlər Nazirliyinin yanğından mühafizə üzrə mütəxəssisləri öz təcrübələrini FHN-in əməkdaşları ilə bölüşəcəkdir. Əldə olunmuş razılaşmaya əsasən, FHN və Fransa Səfirliyinin təşkilatçılığı ilə mütəmadi olaraq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına dair müxtəlif sahələri əhatə edən tədbirlər təşkil edilir və fransalı mütəxəssislər öz zəngin təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşürlər. Qeyd edilmişdir ki, bu seminar zamanı fərqlənən əməkdaşlara Fransa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən sertifikatların təqdim olunması planlaşdırılır.

Toplantıda Fransa Səfirliyinin daxili təhlükəsizlik attaşesi Brüno Balduk fransalı mütəxəssisləri təqdim edərək bildirmişdir ki, seminarda Fransa Respublikası Daxili İşlər Nazirliyinin Xilasetmə və Yanğın idarəsinin Vierzon Baş Xilasetmə mərkəzinin rəhbəri Sebastian Lakrua və 5 nömrəli Mülki müdafiə bölməsinin əməliyyat şöbəsinin rəhbəri Stiv Uilomın ekspert qismində çıxış edəcəklər. O, sözügedən sahə ilə bağlı təcrübə mübadiləsinin aparılmasının texnogen və təbii xarakterli qəzalarla mübarizədə çox böyük əhəmiyyətə malik olduğunu vurğulamış və tədbir iştirakçılarına uğurlar arzulamışdır.

Seminarda Fövqəladə Hallar Nazirliyi Aparatının struktur bölmələri və strukturuna daxil olan qurumlarının əməkdaşları iştirak edirlər.

 









Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu