Geri

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi nəzarət tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları çimərlik mövsümü ilə əlaqədar sahilyanı ərazilərdə su nəqliyyatı vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl olunmasını təmin etmək məqsədilə mütəmadi əməliyyat tədbirləri həyata keçirir. Həmin əməliyyat tədbirləri nəticəsində 22 avqust 2016-cı il tarixində Bakı şəhəri Şüvəlan qəsəbəsi ərazisində bir ədəd kater, bir ədəd hidrosikl və bir ədəd rezin qayıq istifadəçisi tərəfindən “Kiçik Həcmli Gəmilərin Təhlükəsiz İstismarına Nəzarət” və “Kiçik Həcmli Gəmilərin Texniki Nəzarət” qaydalarının pozulduğu faktı müfəttişliyin əməkdaşları tərəfindən müəyyən edilmişdir. 24 avqust 2016-cı il tarixində isə Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində taxta qayıq istifadəçisi tərəfindən “Kiçik Həcmli Gəmilərin Texniki Nəzarət” qaydalarının pozulduğu faktı aşkar edilmişdir.

Hər dörd halda gəmi istifadəçiləri barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.

Çimərlik mövsümü ilə əlaqədar olaraq Müfəttişlik tərəfindən nəzarət tədbirləri davam etdiriləcəkdir.

 

Digər məlumatlar

FHN-in Regional mərkəzlərində maarifləndirmə tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Şabran şəhər 2 nömrəli ümumi orta məktəbində, Muğan Regional Mərkəzi Hacıqabul rayonu Udulu kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda  maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam edir

11 dekabr 2019-cu il tarixində FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəmkir rayon Zəyəm qəsəbə Körpələr evi-uşaq bağçasında, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nizami rayonunda ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

11 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Azərkimya” İstehsalat Birliyində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu