Geri

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 21 iyul 2016-cı il tarixində Gəncə Müalicə Diaqnostika Mərkəzi MMC-də “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Gəncə Müalicə Diaqnostika Mərkəzinin kollektivi iştirak etmişdir.

Toplantının keçirilməsində məqsəd Gəncə Müalicə Diaqnostika Mərkəzinin kollektivinə sel, daşqın, torpaq sürüşmələri, zəlzələ və s. hadisələrin yaranma səbəbləri, onalardan qorunma yolları, yanğın təhlükəsizliyi qaydaları haqqında biliklərin aşılanması olmuşdur.

Tədbirdə təbii və texnogen mənşəli hadisələrin yaranması və onlardan qorunma qaydaları fotoslaydlar vasitəsilə ətraflı izah edilmişdir. Toplantıda, həmçinin mövzulara dair filmlər də nümayiş etdirilmişdir.

İştirakçılara “112” qaynar telefon xətti, məişətdə civə dağılmalarının təhlükəsi haqqında da geniş məlumat verilmişdir.  

Sonda “Suda zərərçəkmişə yardımın göstərilməsi” və “Su hövzələrində təhlükəsizlik qaydaları” mövzusunda plakatlar müəssisənin rəhbərliyinə təqdim edilmiş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində “2019-cu il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən, 19-21 avqust 2019-cu il tarixlərində “Hərbiləşdirilməmiş Mülki müdafə dəstələrinin komandir rəis heyətinin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizəsi üsullarının hazırlanılması” proqramı əsasında kəşfiyyat manqa komandirləri kateqoriyası üzrə mülki müdafiə kursları......

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 21 avqust 2019-cu il tarixində Sabirabad rayon Yol İstismar idarəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi 21 avqust  2019-cu il tarixində Ağstafa rayonunda yerləşən “Akkord Tekstil” MMC-də, Qarabağ regional......

Ardını oxu