Geri

FHN-in Şimal Regional Mərkəzi seminar müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 28 iyun 2016-cı il tarixində Quba Mərkəzi Rayon Xəstəxanasında “İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları” mövzusunda növbəti seminar-müşavirə keçirmişdir.

Tədbir zamanı müxtəlif təbii və texnogen xarakterli fövqəladə halların yaranma səbəbləri, meşə yanğınlarının baş verməsində insan faktoru, çimərliklərdə təhlükəsizlik qaydaları, cəmiyyət daxilində fəlakətə səbəb ola biləcək amillərin aradan qaldırılmasında ilkin xəbərdarlıq sisteminin əhəmiyyəti kimi mövzular geniş müzakirə olunmuşdur.

Tədbir iştirakçılarına Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və qurumları, zəlzələ və sürüşmə zamanı təhlükəsiz təxliyyənin təşkili, məişətdə civə dağılması zamanı təhlükəsizlik qaydaları, Şimal Regional Mərkəzinin regionda yerləşən dövlət qurumları və təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xəttinin rolu  kimi mövzularda ətraflı məlumat  verilmişdir.

Sonda dəm qazı, məişətdə yanğın və odsöndürücü balonlarından istifadə qaydaları haqqında videoçarx nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu