Geri

FHN-nin Qarabağ Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birgə 28 iyun 2016-cı il tarixində Ağcabədi rayonu Təzəkənd kənd Bələdiyyəsində “Ot-taxıl biçini mövsümündə yanğın təhlükəsizliyi qaydaları”  mövzusunda “dəyirmi masa” keçirmişdir. Görüşdə sahibkarlar, fermerlər və bələdiyyə üzvləri iştirak etmişlər.

Görüşdə Fövqəladə Hallar Nazirliyinin və Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri, gördüyü işlər barədə məlumat verilmiş, “Fövqəladə hallar zamanı əhalinin təhlükəsizliyinin təşkili”, “Biçin mövsümündə görüləcək təhlükəsizlik tədbirləri”, “Yanğınların baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “112” qaynar xəttinə müraciət qaydaları” mövzularında çıxışlar edilmişdir.

Sonda suallar cavablandırılmış, maarifləndirmə materialları paylanmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu