Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir

İyunun 24-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov Silahlı Qüvvələr Günü münasibətilə toplantı iştirakçılarını təbrik edərək 1918-ci il 26 iyun tarixində Milli Ordumuzun yaradılmasını Azərbaycan tarixinin şanlı səhifələrindən biri kimi dəyərləndirmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin formalaşması tarixi və onun keçdiyi şərəfli yoldan bəhs edən Akademiyanın rəisi ölkəmizdə ən müasir standartlara uyğun və yüksək nizam-intizama malik olan milli ordu quruculuğu prosesində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulamışdır. Qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə bu əlamətdar tarix Silahlı Qüvvələr Günü kimi elan olunmuşdur. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda vahid komandanlıq altında güclü ordu quruculuğu prosesinə başlanıldığını, qısa müddətdə nizami ordu yaradıldığını qeyd edən Pənah Süleymanov bildirmişdir ki, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış, ordumuzun döyüş qabiliyyəti yüksəlmiş, maddi-texniki bazası möhkəmləndirilmişdir. Bu ilin aprel ayının əvvəllərindəki qısamüddətli döyüşlərdə Azərbaycan Ordusunun düşmənə ağır zərbələr vurması bunun bariz nümunəsidir.

Sonra Akademiyanın rəis müavini polkovnik Afət Qurbanov “Ordumuz sülh və əmin-amanlığın, xoşbəxt həyatımızın təminatçısıdır” və bu alı təhsil ocağının Hərbi kafedrasının rəisi polkovnik Hüseynqulu Həsənov “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradıcısıdır” mövzularındada çıxışlar etmişlər.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu