Geri

DYMX Sumqayıt şəhərində yanğın-taktiki təlimi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 28 aprel 2016-cı il tarixində Bakı və Sumqayıt şəhərlərinin yanğından mühafizə qarnizonlarının iştirakı ilə SOCAR-ın “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunun  30 nömrəli  neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsində yanğın-taktiki təlimi keçirmişdir. Təlim orta və böyük rəis heyətinin neft məhsulları saxlanılan rezervuarlarda yanğınların söndürülməsi üzrə təcrübəsini təkmilləşdirmək, bilik və bacarıqlarını yoxlamaq, onlara döyüş sahələrinə rəhbərlik etmək vərdiş və bacarığı aşılamaq məqsədilə keçirilmişdir. 

DYMX-nin rəis müavini daxili xidmət polkovniki Rza Xudiyevin rəhbərliyi ilə keçirilmiş təlimə 4 saylı çağırış üzrə Bakı və Sumqayıt qarnizonlarının qüvvə və vasitələrindən başqa, SOCAR-ın “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunun 30 nömrəli neft-kimya məhsullarının qəbulu və buraxılması sahəsinin müvafiq texnika və canlı qüvvəsi cəlb edilmişdir.

Yanğın-taktiki təlimdə şərti yanğın söndürülmüş və qəza-xilasetmə işləri həyata keçirilmişdir. Təlimlərdən sonra tədbirin nəticələri qiymətləndirilmiş, yanğınların ləğv edilməsi, qəzaların nəticələrinin aradan qaldırılması zamanı və digər mürəkkəb xarakterli xüsusi şəraitlərdə qüvvə və vasitələrin bacarıqla idarə olunması, yanğınların söndürülməsi üzrə dəqiq və əsaslandırılmış qərarların qəbulu istiqamətində vəzifələrin icra olunması, nöqsanların aradan qaldırılması  ilə bağlı şəxsi heyətə tövsiyələr verilmişdir.

Digər məlumatlar

FHN-in İdman-sağlamlıq Mərkəzinin idmançıları mükafatlar qazanıblar

13-15 sentyabr 2019-cu il tarixlərində, Xırdalan şəhər AAAF park yaşayış kompleksinin yarış zalında yeniyetmələr arasında güləş üzrə “I Zirvə Kuboku” yarışları keçirilib....

Ardını oxu

Regional Mərkəzlərdə maarifləndirmə tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Yardımlı rayon Anzov kənd tam orta məktəbində, Gəncə Regional Mərkəzi Samux rayonu Lək kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi Quba rayonu Qımıl kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 18 sentyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Paradise” oteldə, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu