Geri

Dövlət Yanğın Nəzarəti Xidməti Ağdamda seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 28 aprel 2016-cı il tarixində "Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi" mövzusunda Ağdam rayonunda regional seminar-müşavirə keçirmişdir. Rayon icra hakimiyyətləri, bələdiyyələr, Meşə Mühafizəsi və Bərpası müəssisələri, fermer təsərrüfatları nümayəndələrinin iştirak ilə keçirilən tədbirdə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli bitkilərin yetişmə və məhsul yığımı dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunmuş, həmçinin meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar müvafiq təşkilatlar qarşısında məsələlər qaldırılmışdır. 

Seminar-müşavirədə bildirilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin və  digər qurumların həyata keçirdiyi məqsədyönlü qabaqlayıcı tədbirlərə baxmayaraq, mövsüm ərzində siqaret çəkilən zaman ehtiyatsızlıq, uşaqların odla oynaması, təndirdən və ocaqdan düşən qığılcımlar, texnikaların hərəkət hissələrinin və detallarının dağılması, elektrik avadanlıqlarının texniki istismar qaydalarının pozulması, biçilmiş sahələrin yandırılması səbəbindən dənli və paxlalı bitki sahələrində, yem anbarlarında, meşə və meşə zolaqlarında yanğın hadisələri qeydə alınmışdır. Yanğınların baş verdiyi yerlərdə ilkin yanğınsöndürmə vasitələrinin olmaması, insanların bu vasitələrin təyinatını bilməməsi və onlardan düzgün istifadə etməmələri yanğınların genişlənməsinin başlıca səbəblərindən biri kimi qiymətləndirilmişdir. Toplantıda yay mövsümünün başlanması ilə əlaqədar respublika ərazisindəki meşə və meşə zolaqlarının, meşə ətrafında yerləşən obyektlərin yanğın təhlükəsizliyinin təmin edilməsi də müzakirə olunmuşdur.

Seminar- müşavirədə DYNX-nin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəis əvəzi daxili xidmət polkovnik leytenantı Elvin Hacıyev dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı mövsümünün başlanması ilə əlaqədar görülmüş işlər haqqında hesabat vermiş, bələdiyyə, Meşə Mühafizəsi və Bərpası Müəssisələri, fermer təsərrüfatlarının üzərinə düşən vəzifələri açıqlamışdır.

Tədbirdə dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən slaydlar nümayiş etdirilmiş, təsərrüfat və bələdiyyə nümayəndələrinə yaddaş kitabçası, yanğına qarşı təbliğat xarakterli plakatlar paylanılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu