Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “Azərtoxum”MMC- də yanğına qarşı təbliğat günü keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 27 aprel 2016-cı il tarixində Yevlax rayonundakı “Azərtoxum” MMC-də yanğına qarşı təbliğat günü keçirmişdir. Dənli və texniki bitkilərin yığılmasi, daşınması, saxlanması və emalı zamanı yanğın hadisələrinin qarşısının alınması məqsədilə keçirilmiş tədbirdə kənd təsərrüfatı texnikalarına, elektrik təsərrüfatına, əraziyə baxış keçirilmiş, texniki işçilərin təlimatlandırılması, texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması işinin vəziyyəti öyrənilmiş, yanğınsöndürmə vasitələrinin yararlılığı yoxlanılmışdır. Təbliğat günündə, həmçinin yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilmiş, təbliğat xarakterli söhbətlər aparılmişdır.

“Azərtoxum” MMC-də yanğın təhlükəsizliyi ilə əlaqədar qabaqlayıcı tədbirlərlə yanaşı, əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinə də toxunularaq bildirilmişdir ki, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması üçün işçilər əməyin mühafizəsi üzrə təlimatlara, əmək və istehsalat intizamına əməl etməlidirlər.

Tədbirdə dənli-texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi mövzusunda videoslayd nümayiş etdirilmiş, bu sahədə yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakatlar və “Dənli və texniki bitkiləri yığımı dövründə yanğın təhlükəsizliyi tədbirləri” adlı yaddaş kitabçası “Azərtoxum” MMC-nin işçilərinə paylanmışdır.

Digər məlumatlar

FHN-in Regional Mərkəzlərində maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbində, Aran Regional Mərkəzi Kürdəmir rayon Qarabucaq kənd orta məktəbində, Şimal-qərb Regional Mərkəzi Şamaxı şəhər S.M. Qənizadə adına 1 saylı tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maariflən

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi 19 sentyabr 2019-cu il tarixində “MKT İK” MMC-nin Zərdab pambıq qəbulu məntəqəsində, 2 saylı Yevlax şəhər bazarında......

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 17-19 sentyabr 2019-cu il tarixlərində "İctimai təhlükəsizliyin mühafizəsi manqalarının komandirləri" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu