Geri

Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti FHN Akademiyasında olmuşdur

Ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti 27 aprel 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olmuşdur.  

Əvvəlcə, qonaqlar ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoymuş, onun əziz xatirəsini ehtiramla yad etmişlər.

FHN Akademiyasının rəisi general-mayor Pənah Süleymanov qonaqlara bu tədris ocağının fəaliyyəti haqqında ətraflı məlumat vermiş, pakistanlı həmkarları ilə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışdır.

Sonra Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti Akademiyadakı Heydər Əliyev Mərkəzi, Akademiyanın Muzeyi və laboratoriyalarla tanış olmuş, kursantların tədris və istirahət şəraiti ilə maraqlanmışdır.

Nümayəndə heyətinin rəhbəri səfir Şah Məhəmməd Camal səmimi görüşə görə təşəkkürünü bildirərək FHN Akademiyasında yaradılmış şəraiti yüksək qiymətləndirmiş, azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu