Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında soyqırımı qurbanları anılmışdır

Martın 30-da Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş toplantı keçirilmişdir.

Əvvəlcə, tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Toplantını giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Pənah Süleymanov erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımlardan ətraflı bəhs etmişdir. O bildirmişdir ki, bəşər tarixinin ən qanlı və faciəli səhifələrindən olan 31 mart 1918-ci il qətliamı nəticəsində Azərbaycan ərazisində on minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı erməni daşnak birlikləri tərəfindən qəddarlıqla qətlə yetirilmiş, məscidlər, məktəb binaları yandırılmışdır. Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qətliam törətmişlər. Daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi yandırmış, çoxlu sayda insanı qətlə yetirmişlər. Şamaxı qəzasının 53 kəndində isə ermənilər 8 mindən çox azərbaycanlını öldürmüşlər.  Akademiyanın rəisi qeyd etmişdir ki, son illər Qubada aparılmış arxeoloji qazıntılar nəticəsində ermənilərin törətdiyi kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vəhşiliyini təsdiqləyən əyani dəlillərdir.

Toplantıda qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunmuşdur. Artıq on səkkiz ildir ki, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd edilir.

Sonra Akademiyanın rəis müavini polkovnik Afət Qurbanov “Soyqırımı azərbaycanlılara qarşı törədilmiş amansız cinayətdir”  və Humanitar fənlər kafedrasının baş müəllimi Fizuli İbrahimzadə “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri 31 Mart soyqırımı və təcavüzkarlıq siyasəti” mövzusunda çıxışlar etmişlər.

Tədbirin sonunda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Digər məlumatlar

FHN-in idmançıları beynəlxalq yarışlarda mükafat qazanıblar

31 oktyabr 2019-cu il tarixində İtaliyanın Bari şəhərində parataekvondo üzrə sayca 8-ci Avropa çempionatı keçirilib. 18 ölkədən 250-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq mərkəzinin əməkdaşı, 4 qat Dünya, 2 qat Avropa çempionu, prezident mükafatçısı parataekvondoçu Aynur Məmmədova yüksək nəticə göstərərək +58 kq......

Ardını oxu

Rayon müşavirəsi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 8 noyabr 2019-cu il tarixində Nəsimi Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr”...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 8 noyabr 2019-cu il tarixində Səbail Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda......

Ardını oxu