Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Novruz bayramı ərəfəsində təbliğat xarakterli tədbirlər keçirmişdir

Məktəbliləri Novruz bayramı şənliklərində yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirmək, həmçinin, onlarda həyat təhlükəsizliyinin əsasları ilə bağlı məlumatları zənginləşdirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 17 mart 2016-cı il tarixində Binəqədi rayonundakı  Ə.Şıxlinski adına 135 və N.Nərimanov adına 248 nömrəli orta  məktəblərində yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir.  

Tədbirlərdə “Novruz bayramı zamanı yanğın təhlükəsizliyi” adlı slayd təqdim edilərək yanğın təhlükəsizliyi  qaydaları haqqında ətraflı məlumat verilmiş, tonqalların yanar materiallardan, evlərdən, mühəndis-texniki qurğulardan, elektrik və qaz xətlərindən kənarda yandırılması, tam söndürülənədək nəzarətdə saxlanılmasına ciddi əməl olunması, şənliklərdə atəşfəşanlıq məqsədilə pirotexniki vasitələrdən istifadənin qadağan olmasından, şənliklərdə azyaşlıların, uşaqların odla dəcəllik etməsinə yol verilməməsindən danışılmışdır.    

 Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmiş, sonda isə Novruz bayramı zamanı yanğın təhlükəsizliyindən bəhs edən plakat və “Hər bir məktəbli yanğın təhlükəsizliyi qaydalarını bilməlidir” adlı   buklet məktəb rəhbərliyinə təqdim olunmuşdur.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu