Geri

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilmişdir

17-18 mart 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilmişdir.

Respublika Olimpiya Mərkəzində təşkil edilən çempionatda 16 komandadan 70-ə yaxın idmançı iştirak etmişdir. Yüz və min metrə qaçış, hündürlüyə, uzununa tullanma və yadro itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparmışlar.

Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yeri Xüsusi Riskli Xilasetmə Xidməti, üçüncü yeri isə Dövlət Sularda Xilasetmə Xidmətinin komandası tutmuşdur.

Şəxsi göstəricilərə görə Cəbrayılov Elnur  (FHN-in Akademiyası), Kəsəmənli Rəşad (İdman-sağlamlıq klubu) və Cabbarov Rəmzi (Qarabağ Regional Mərkəzi) müvafiq olaraq birinci, ikinci və üçüncü nəticəyə nail olmuşlar.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev tədbirdə çıxış edərək bu yarışlarda ötən illərlə müqayisədə yüksək nəticələr əldə olunduğunu diqqətə çatdırmış, aprel ayında stolüstü tennis üzrə çempionatın keçiriləcəyini qeyd etmişdir. O, çempionatda iştirak edən əməkdaşları qarşıdan gələn Novruz bayramı münasibəti ilə də təbrik etmişdir.

Sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalib gələn idmançıları təbrik etmiş, onlara növbəti oyunlarda uğurlar arzulamışdır.

Sonda komanda və şəxsi hesaba görə qalib gələn idmançılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 8 noyabr 2019-cu il tarixində Səbail Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda......

Ardını oxu

“Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirilib

8 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə “Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 8 noyabr 2019-cu il tarixində FHN-in bu regionlarda fəaliyyət göstərən digər qurumları ilə birgə Kürdəmir rayonu Yenikənd kənd tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu