Geri

FHN-in Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir

Dekabrın 30-da Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir

Nazirliyin və Akademiyanın əməkdaşlarının, kursantların iştirak etdiyi bayram tədbirində Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.

Akademiyanın rəisi general-mayor Pənah Süleymanov tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş,  31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün  hər il dünyanın bir çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunduğunu diqqətə çatdırmışdır.

Akademiyanın humanitar fənlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Fizuli İbrahimzadə çıxışında bildirmişdir ki, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu zaman - 1991-ci ilin 16 dekabrında  Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı qərar qəbul olunması müxtəlif ölkədə yaşayan soydaşlarımızın birliyinin yaradılması və gücləndirilməsi məqsədinə xidmət edirdi. Bütün dünyada diaspor təşkilatlarının yaradılması, onların fəaliyyətinin əlaqələndirilməsi xalqımızın ümummilli liderinin və onun layiqli davamçısı, Prezident İlham Əliyevin gərgin səyləri nəticəsində mümkün olmuşdur.

Tədbirdə Akademiyanın Yanğın təhlükəsizliyi fakültəsinin IV kurs müdavimi Yusif Qurbanlı çıxış edərək bütün gənclər adından təbriklərini çatdırmışdır.

Tədbirin sonunda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş videoçarx nümayiş edilmişdir.




Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tədbir keçirmişdir

20 aprel 2017-ci il tarixində Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı bölməsində yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir....

Ardını oxu

FHN İdman-sağlamlıq klubunun üzvləri qalib olmuşlar

Sumqayit Olimpiya Kompleksində 20 aprel 2017-ci il tarixində Kempo üzrə 7-ci Respublika çempionati keçirilmişdir. Çempionatda 12 komandadan 200-ə yaxın idmançı iştirak etmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birlikdə Səbail rayonundakı 163 nömrəli orta məktəbdə “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirmişlər. ...

Ardını oxu