Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 27 dekabr 2016-cı il tarixində Quba rayonu Xucbala kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir. Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri ilə yanaşı fəlakət riskinin azaldılması yolları, icma və ya cəmiyyət daxilində fəlakətə səbəb ola biləcək amillərin aradan qaldırılmasında ilkin xəbərdarlıq sisteminin əhəmiyyəti kimi mövzularda biliklərin aşılanması olmuşdur.

Toplantıda FHN-in fəaliyyət istiqamətləri və qurumları, yanğın və zəlzələ zamanı təxliyyə qaydaları, sel, daşqın və subasma zamanı hərəkət qaydaları, Şimal Regional Mərkəzinin regionda yerləşən dövlət qurumları və təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xəttinin rolu kimi mövzularla bağlı ətraflı məlumat verilmişdir.

Sonda zəlzələ,dəm qazı və odsöndürücü balonlarından istifadə qaydaları haqqında videoçarx nümayiş olunmuş, suallar cavablandırılmışdır.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri davam etdirir

10 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Caspian” otelində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhər 2 nömrəli Peşə liseyində, Aran regional Dövlət Yanğın Nəzarəti...

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzində maarifləndirmə tədbiri keçirilib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində məşqçi müəllim heyəti və tələbələrin valideynləri ilə birlikdə “Dövlətin idman siyasəti, idmana diqqət və qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərin aparılması,  idman bölmələrinin və məşqçi müəllimlərin fəaliyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu