Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 22 dekabr 2016-cı il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lənkəran rayonunun Separadi kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, Separadi kənd tam orta məktəbin kollektivi iştirak etmişdir.

Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, həmçinin ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr dinlənilmiş, fotoslaydlar tədbir iştirakçılarına nümayiş etdirilmişdir.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır.

Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə anım tədbirləri keçirilib

17 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20 Yanvar Faciəsinin 30-cu ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin “İzotop” xüsusi kombinatının akt zalında tədbir keçirilib. ...

Ardını oxu

FHN-in qurumlarında və regional mərkəzlərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbirləri keçirilib. ...

Ardını oxu

FHN-nin Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 17 yanvar 2020-ci il tarixində FHN-in bu regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Goranboy rayon Xanqərvənd tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu