Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 21 dekabr 2016-cı il tarixində Sumqayıt Uşaq Stomatoloji Poliklinikasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd səhiyyə müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin görülməsi, səhiyyə işcilərinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olmuşdur.

Toplantıda Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və poliklinikanın kollektivi iştirak etmişdir.

Tədbirdə “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqın zamanı nə etməli?”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı” və “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş etdirilmişdir.

Sonda suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları paylanılmışdır.

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi 16 avqust  2019-cu il tarixində Ağcabədi şəhəri 2 saylı Körpələr evi-uşaq bağçasında, “Azərpoçt” MMC-nin  Bərdə şəhər filialında və  Bərdə rayon Arxiv idarəsində maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyninn Cənub Regional Mərkəzində 2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planına əsasən, 14-16 avqust 2019-cu il tarixlərində "Yanğınsöndürmə manqalarının komandirləri" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN Akademiyasının kursantları Bakı Regional Mərkəzində “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər

Fövqəladə Hallar Nazirliyi Akademiyasının Həyat fəaliyyətinin təhlükəsizliyi fakültəsinin III kurs kursantları FHN-in Bakı Regional Mərkəzində 2019-cu il iyulun 26-dan avqustun 9-dək “Qrup rəisi” vəzifəsində istehsalat təcrübəsi keçiblər. ...

Ardını oxu