Geri

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi nəzarət tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları sahilyanı ərazilərdə su nəqliyyatı vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl olunmasını təmin etmək məqsədilə mütəmadi əməliyyat tədbirləri həyata keçirir.

Həmin əməliyyat tədbirləri nəticəsində noyabrın 21-də Bakı şəhəri Nardaran qəsəbəsi ərazisində Xəzər dənizində gəmi istifadəçiləri tərəfindən bir ədəd, noyabrın 23-də Cənub regionu sahilyanı ərazisində  bir ədəd, noyabrın 25-də Salyan-Neftçala rayonu üzrə sahilyanı ərazidə isə  bir ədəd "Kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət" və  "Kiçik həcmli gəmilərə texniki nəzarət" qaydalarının pozulduğu faktı aşkar edilmişdir.

Hər üç halda kiçik həcmli gəmi istifadəçiləri barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi tərəfindən kiçik həcmli gəmilərin təhlükəsiz istismarına  nəzarət tədbirləri davam etdirilir.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 19 sentyabr 2018-ci il tarixində Xızı rayonu Ağdərə Bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Regional Mərkəzlə yerli özünüidarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda dəyirmi masa keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə kursları təşkil etmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 1-15 sentyabr 2018-ci il tarixlərində Mərkəzin əhatə etdiyi ərazi üzrə şəhər və rayonların ümumtəhsil müəssisələrində mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar təşkil etmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Qarabağ Regional Mərkəzi 18 sentyabr 2018-ci il tarixində Beyləqan rayon “Yeni Xocavənd” qəsəbəsində yerləşən Xocavənd rayon Kuropatkin kənd Uşaq Bağçasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları”  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu