Geri

FHN-in Bakı Regional Mərkəzi “Cəsurluq məktəbi” Açıq Qapı günü keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 2016-cı il noyabr ayının 24-də “Cəsurluq məktəbi” Açıq Qapı günü keçirmişdir.

Peşəyönümü xarakterli Açıq Qapı gününün keçirilməsində əsas məqsəd Bakı şəhəri orta məktəblərinin yuxarı siniflərində təhsil alan və fövqəladə hallar orqanlarında işə maraq göstərən şagirdləri bir araya toplayaraq onları nazirliyin, o cümlədən Mərkəzin fəaliyyəti ilə daha yaxından tanış etmək, şagirdləri maraqlandıran sualları cavablandırmaqdan ibarət olmuşdur.

“Cəsurluq məktəbi” Açıq Qapı gününün iştirakçılarının müəyyən edilməsində “Fokus qrup” üsulundan istifadə edilmiş, yəni, bütün iştirakçı şagirdlər onların fərdi maraqları və keyfiyyətləri nəzərə alınmaqla, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən seçilmiş, nəticədə paytaxtın 12 inzibati rayonunun hər birindən 5 nəfər olmaqla 60 yuxarı sinif şagirdi müəyyən edilərək, tədbirdə iştirak üçün tövsiyə edilmişdir.

Bakı Regional Mərkəzinin nazirliyin digər qurumları ilə imzalanmış Qarşılıqlı Fəaliyyət Planlarına əsasən, tədbirdə Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə, Dövlət Sularda Xilasetmə və Tibb xidmətlərini təmsil edən 55 əməkdaşı iştirak etmişdir.

Tədbir praktik və nəzəri olmaqla iki hissədən ibarət olmuşdur.

Praktik hissə zamanı “Sprinter” (Mercedes BENZ) markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, əraziyə gətirilmiş sularda xilasetmə və dalğıc avadanlıqları, kəşfiyyat cihazları və fərdi mühafizə vasitələri, yanğınsöndürmə texnika və vasitələri, eləcə də mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı yardım üsulları barədə məlumat verilmişdir.

Daha sonra müəyyən edilmiş təlim nöqtələri üzrə xilasetmə əməliyyatları həyata keçirilmişdir. Bu zaman ərazidə ümumi, kimya, radiasiya, mühəndis və yanğın kəşfiyyatının aparılması, kinologiya xidməti tərəfindən xüsusi təlim keçmiş itlərin köməyilə xəsarət alanların axtarışı, yanğının söndürülməsi, xilasetmə əməliyyatının həyata keçirilməsi, köməksiz vəziyyətdə qalanların hündürmərtəbəli tikilidən alpinist avadanlıqları və hava yastığı vasitəsilə təxliyə edilməsi, qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişinin xilas edilməsi, eləcə də xəsarətalanlara ilkin tibbi yardımın göstərilməsi üzrə praktik təqdimatlar nümayiş etdirilmişdir.

Mərkəzin inzibati binasının akt zalında keçirilmiş nəzəri hissə zamanı isə tədbir iştirakçılarına fövqəladə hallar barədə ümumi məlumatlar verilmiş, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürücü balonlardan istifadə qaydaları”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və “112” qaynar xətti” mövzularında təqdimatlar, eləcə də nazirlik tərəfindən hazırlanmış videoçarxlar nümayiş olunmuş, şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

 

Digər məlumatlar

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilmişdir

22-23 fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 23 fevral 2018-ci il tarixində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 22 fevral 2018-ci il tarixində Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu