Geri

Fövqəladə Hallar Nazirliyinin qurumları II Azərbaycan Elm Festivalında iştirak edir

Oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasında İkinci Azərbaycan Elm Festivalının açılış mərasimi olmuşdur.

AMEA-nın təşəbbüsü, UNESCO, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın ölkəmizdəki səfirliyi və Moskva Dövlət Universitetinin dəstəyi ilə keçirilən festivalda Fövqəladə Hallar Nazirliyinin də nümayəndə heyəti iştirak etmişdir. Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd Azərbaycan elminin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə marağı artırmaqdır. Rəsmi açılış mərasimindən sonra festival çərçivəsində sərginin açılışı olmuşdur. Sərgidə Fövqəladə Hallar Nazirliyinin qurumlarının təmsil olunduğu ayrıca guşə fəaliyyət göstərir. Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Dövlət Yanğından Mühafizə Xidməti, Xəzər Hövzə Qəza-xilasetmə Xidməti, “İzotop” xüsusi kombinatı, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təqdim etdiyi  əyani vəsaitlər, müxtəlif elmi nəşrlər və texniki avadanlıqlar sərgi iştirakçılarının marağına səbəb olmuşdur.

Daha sonra festival çərçivəsində müxtəlif mövzularda mühazirələr dinlənilmişdir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları “Yanğınsöndürmə və xilasetmə işlərinin təşkilində müasir texnologiyanın tətbiqi”, “Müasir metod və üsulların tətbiqi ilə yanğınların tədqiqi araşdırılması, yanğın təhlükəsizliyi sahəsində mal və materialların təhlükəlilik parametrlərinin təyin edilməsi”, “İzotop” xüsusi kombinatının fəaliyyət istiqamətləri”, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyət sahələri, funksiyaları və vəzifələri”, “Sənaye təhlükəsizliyinin effektiv tənzimlənməsi iqtisadiyyatın inkişafı fonunda” və “Müasir yanğınsöndürmə texnikası” mövzularında mühazirələrlə çıxış etmişlər. 

II Azərbaycan Elm Festivalı Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində davam etdiriləcək və noyabrın 5-də başa çatacaq.












Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti 14 oktyabr 2019-cu il tarixində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Səbail rayon “Medi Club” klinikasında, 3-cü ərazi ...

Ardını oxu

FHN-in maarifləndirmə tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə 14 oktyabr 2019-cu il tarixində Nəsimi rayonu, 46 saylı tam orta məktəbində  maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 11 oktyabr 2019-cu il tarixində “Baku Steel Company” MMC-də “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza - xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda kompleks mülki müdafiə təlimi keçirib....

Ardını oxu