Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti müsabiqə keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə 27 oktyabr 2016-cı il tarixində Bakı və Sumqayıt qarnizonunun Yanğından Mühafizə Hissələri arasında “Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirilmişdir.

Müsabiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 45, 46, 47, 48, 49,50,  51, 53, 54, 56 nömrəli, Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi Yanğından Mühafizə Xidmətinin 11, 12, 13, 18, 19 nömrəli və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 21 və 24 nömrəli yanğından mühafizə hissələri iştirak etmişdir. Hər bir komanda manqa şəklində “MAN” markalı AÇ-2,5T avtomobilində tərkibi 7 nəfər yanğınsöndürmə növbəsinin rəisi və ya köməkçisi, manqa komandiri, sürücü, dörd yanğınsöndürəndən ibarət olmaqla təmsil olunmuşdur.

Bir mərhələdən və iki hissədən ibarət olan müsabiqədə manqaların şəxsi heyətinin sıra baxışı keçirilmiş, yanğın texnikasına, yanğın texniki ləvazimatlara və təqdim edilmiş sənədlərə baxış keçirildikdən sonra manqalar kompleks tədbirlərdən ibarət döyüş açılışını etməklə yarışa qatılmışlar.

Sonda 17 komandanın, o cümlədən 119 yanğınsöndürənin iştirak etdiyi baxış müsabiqənin nəticələri elan olunmuşdur. Gərgin mübarizə şəraitində keçən müsabiqədə Sumqayıt ŞDYMİ-nin 24 nömrəli YMH-nin komandası 1-ci yeri, Sumqayıt ŞDYMİ-nin 21 nömrəli YMH-nin komandası 2-ci yeri, ADNŞO üzrə YMİ-nin 48 nömrəli YMH-nin komandası isə 3-cü yeri tutmuşdur.

Qaliblərə Dövlət Yanğından Mühafizə Xidməti və FHN işçiləri Həmkarlar İttifaqı tərəfindən medal və diplomlar, qiymətli hədiyyələr təqdim edilmişdir.

Digər məlumatlar

FHN-in regional mərkəzlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimləri keçirilmişdir

12 dekabr 2017–ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı, Sumqayıt, Qarabağ, Cənub, Gəncə, Muğan və Şimal Regional mərkəzlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Ümummilli lider Heydər Əliyevin xatirəsi Fövqəladə Hallar Nazirliyinin Akademiyasında anılmışdır

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında fəaliyyət göstərən “Heydər Əliyev Məktəbinin lektoriyası”nın 11 dekabr 2017-ci il tarixində növbəti məşğələsi keçirilmişdir. Məşğələ ulu öndər Heydər Əliyevin  anım gününə həsr olunmuşdur.  Lektoriyanın qonağı Milli Məclisin deputatı, elmlər doktoru, professor Elman Nəsirov olmuşdur. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə “Fövqəladə hallar və Azərbaycan gəncliyi” mövzusunda elmi-praktik konfrans keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ötən illərdə olduğu kimi, 2017-ci ildə də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə əməkdaşlıq çərçivəsində tələbələr arasında maarifləndirmə tədbirlərini davam etdirir. Belə tədbirlərdən növbətisi dekabr ayının 8-də Qərbi Kaspi Universitetində “Fövqəladə hallar və Azərbaycan gəncliyi” mövzusunda keçirilmiş elmi-praktik konfrans olmuşdur. ...

Ardını oxu