Geri

Cənub Regional Mərkəzi ali məktəbdə tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə 28 yanvar 2016-cı il tarixində  Lənkəran Dövlət Humanitar Kollecində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri və Lənkəran Dövlət Humanitar Kollecinin kollektivi iştirak etmişdir. 

Mərkəzin əməkdaşları toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, mülki müdafiə tədbirləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydalarından danışmışlar.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Tədbirdə tələbələrin yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri kollec rəhbərliyinə təqdim olunmuşdur.  

Toplantının sonunda müxtəlif mövzularda hazırlanmış videoçarx və fotoslaydlar nümayiş etdirilmiş, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 20 aprel tarixində Xətai rayonu 264 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 20 aprel 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Goranboy rayon 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 19 aprel 2018-ci il tarixində Göygöl rayonu Yeni Qızılca kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu