Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 26 yanvar 2016-cı il tarixində Siyəzən rayonu, Zarat kənd tam orta məktəbində “Yanğın təhlükəsizliyi qaydalarına hamı əməl etməlidir” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd məktəbin müəllim heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, fəlakət riskinin azaldılması yolları, icma və ya cəmiyyət daxilində fəlakətə səbəb ola biləcək amillərin aradan qaldırılmasında ilkin xəbərdarlıq sisteminin əhəmiyyəti, qış mövsümündə elektrik və qaz cihazlarından istifadə zamanı təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsinin vacibliyi, yaşayış sahələrində daxili yanğın kranlarından və müasir yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları barədə biliklərin aşılanması olmuşdur.

Tədbir zamanı FHN-in fəaliyyət istiqamətləri və qurumları, mülki müdafiənin rolu, yanğın zamanı təhlükəsiz təxliyyə qaydaları, Şimal Regional Mərkəzinin regionda yerləşən dövlət qurumları və təhsil müəssisələri ilə fövqəladə halların qarşısının alınmasında qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xəttinin rolu kimi mövzularda ətraflı məlumat verilmişdir.

Tədbirin sonunda dəm qazı və zəlzələ haqqında videoçarx nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu