Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

26 yanvar 2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi və Muğan Regional Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Salyan şəhər Aşıq Pənah adına 1 nömrəli şəhər orta məktəbində “Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” və “Fövqəladə hallar zamanı nə etməli” mövzularında maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın təhlükəsizliyi, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı, dəm qazından zəhərlənmənin profilaktikası, “112” qaynar xətti, “Fövqəladə hallar baş verən zaman nə etməli?”, “Dəm qazından zəhərlənmənin qarşısının alınması” mövzularında çıxışlar edilmiş, təhsil müəssisələrində yanğın təhlükəsizliyi, qarşıda duran vəzifələr və həlli yolları haqqında slaydlarla geniş məlumat verilmişdir.

Fövqəladə Hallar Nazirliyinin yaranması, strukturu və fəaliyyəti, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”, “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!” mövzularında videoçarxlar da nümayiş olunmuşdur.

Sonda tədbir iştirakçılarını maraqalandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə cari il aprel ayının 25-də Xəzər rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 26 aprel 2018-ci il tarixində Gəncə şəhəri 2 nömrəli Peşə məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə məşqi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 26 aprel 2018-ci il tarixində Quba rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanışı üzrə nümünəvi mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu