Geri

FHN və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri birgə seminar keçirmişlər

25 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və ölkəmizdə səfərdə olan Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin fəlakətlərin idarə olunması və qarşısının alınması sektoru üzrə məlumatların toplanması məqsədilə ölkəmizdə səfərdə olan məsləhətçilərdən ibarət missiyası birgə seminar keçirmişlər.

Seminarda iştirak edən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin əməkdaşları Ryuiçi Hara, Hideki Araki, Tsutomu Kurihara və Kazuto Suzuki səfər çərçivəsində  - cari il yanvarın 16-dan başlayaraq  Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Respublika Seysmoloji Xidmət Mərkəzində görüşlər keçirmiş və müvafiq sorğular aparmışlar.

Zəlzələ və digər təbii fəlakətlərlə bağlı  texniki məsləhətlər və sorğu zamanı toplanmış məlumatlara dair təhlil olunmuş rəylərin təqdim edilməsi məqsədilə keçirilən seminarda Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları iştirak etmişdir.

Seminarı giriş sözü ilə açan FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov tədbir iştirakçılarına fəlakətlərin idarə olunması və qarşısının alınması sahəsində görülən işlər barədə məlumat vermişdir.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan üzrə proqram əlaqələndiricisi Nigar İsmayılova bu agentliklə ölkəmizin uyğun qurumları arasında  əməkdaşlıqdan bəhs etmişdir.

Məsləhətçilər qrupu adından çıxış edən Tsutomu Kurihara Yaponiyanın fəlakətlərin idarə olunması və qarşısının alınması sektoru üzrə təcrübəsi, həmçinin, zəlzələ və digər təbii fəlakətlərə cavab olaraq texniki məsləhətlər və sorğu zamanı toplanmış məlumatlara dair təhlil olunmuş rəyləri Azərbaycan tərəfinə təqdim etmişdir.

Sonra mövzularla bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

 

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 23 yanvar 2018-ci il tarixində FHN-in yerli qurumlarının əməkdaşları ilə birlikdə Bərdə rayonu Mehdili kənd...

Ardını oxu

FHN Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

FHN Bakı Regional Mərkəzi 23 yanvar 2018-ci il tarixində Nəsimi rayonundakı 164 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in qurumlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır

Fövqəladə Hallar Nazirliyinin qurumlarında 20 Yanvar faciəsinin  28-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir. ...

Ardını oxu