Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 29 sentyabr 2015-ci il tarixində Zaqatala rayon Əliabad qəsəbə 1 nömrəli orta məktəbində “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Regional Mərkəzin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi, texniki işçiləri iştirak etmişdir.

Tədbirdə, ilk olaraq, Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyəti haqqında videoçarx nümayiş etdirilmişdir. Sonra çıxış edən natiqlər fövqəladə halların yaranma səbəbləri, ərazi üçün xarakterik olan təbii fəlakətlər, bu zaman davranış qaydaları, baş verə biləcək fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu və bu təbliğata təhsil ocaqlarının verə biləcəyi töhfələr, mülki müdafiə, nəqliyyat qəzaları, yanğınların başvermə amilləri, ona qarşı mübarizə tədbirləri, məktəblərdə yanğın təhlükəsizliyi qaydaları və yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr, texniki təhlükəsizlik qaydaları, hansı hadisələr baş verdikdə “112” qaynar telefon xəttinə zəng etmək olar və sair mövzular haqqında geniş məlumat vermişdir.

Sonda zəlzələ haqqında videoçarx nümayiş etdirilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu