Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 30 sentyabr 2015-ci il tarixində Xızı Bələdiyyəsində “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin və Xızı Bələdiyyəsinin əməkdaşları iştirak etmişlər.

Tədbirdə “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Elektriklə davranış qaydaları”, “Məişətdə qaz cihazlarından istifadə qaydaları”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” və “112” qaynar telefon xətti” mövzularında çıxışlar edilmişdir.

Daha sonra suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, bukletlər paylanılmışdır.

Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və qurumları haqqında sənədli film nümayiş olunmuşdur.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu