Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tədbir keçirmişdir

30 aprel 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bərdə və Beyləqan rayon Meşə Mühafizəsi və Bərpası müəssisələrində yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir.

Keçirilən tədbirdə meşə və meşə zolaqlarında, bu zonalarda fəaliyyət göstərən obyektlərdə yanğınsöndürmə texnikalarının və vasitələrinin daim işlək vəziyyətdə saxlanılması, yanğınların baş verməsinə səbəb olan halların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, yanğınsöndürmə texnikasına və vasitələrinə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsi, meşə sahəsində keçidlərin, yolların, su mənbələrinin vəziyyətinə nəzarət edilməsi və s. kimi məsələlərin daim diqqət mərkəzində saxlanılmasının vacibliyi bildirilmişdir. 

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

FHN-in Gəncə Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rəhbər heyətin mülki müdafiə məşqini keçirib. “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqdə müəssisənin rəhbərləri, Mülki müdafiə qərargahı, Mülki müdafiə qüvvələrinin......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib. ...

Ardını oxu