Geri

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Biləsuvar rayon birinciliyi keçirilmişdir

29 aprel 2015-ci il tarixində Biləsuvar rayonunun məktəbləri arasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının rayon birinciliyi keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi və gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanmasından bəhs olunmuşdur.

Yarış “kombinə edilmiş yanğın estafeti”, “axtarış xilasetmə işi”, “gənc ekspertlər” müsabiqəsi adlı 3 mərhələdən ibarət olmuşdur. Yarışların yekunlarına əsasən, Biləsuvar şəhər Texniki fənlər təmayüllü internat liseyi I yeri, Biləsuvar rayon Ağali kənd tam orta məktəbi II yeri, Biləsuvar rayon Aşağı Cürəli kənd tam orta məktəbi III yeri tutmuşdur. Yarışda qalib komandalar diplomla təltif edilmişdir. I yeri tutan komanda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” zona yarışlarında iştirak etmək hüququ qazanmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

FHN-in Gəncə Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rəhbər heyətin mülki müdafiə məşqini keçirib. “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqdə müəssisənin rəhbərləri, Mülki müdafiə qərargahı, Mülki müdafiə qüvvələrinin......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib. ...

Ardını oxu