Geri

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Qəbələ rayon birinciliyi keçirilmişdir

29 aprel 2015-ci il tarixində Qəbələ rayonunun ümumtəhsil müəssisələri arasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının rayon birinciliyi keçirilmişdir.

Tədbirin açılış mərasimində çıxış edənlər Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanmasından, gənclər arasında sağlam həyat tərzinin təbliğinin, məktəblilərin yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrinin, ilkin tibbi yardımın düzgün göstərilməsi qaydalarının mənimsənilməsinin vacibliyindən bəhs etmişdir.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən I yeri Təbriz Yaqubov adına Bum qəsəbə orta məktəbi tutmuşdur.

Yarışda fərqlənmiş komandalar diplomla təltif olunmuşdur.

I yeri tutan komanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçiriləcək “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsində iştirak etmək hüququ əldə etmişdir.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

FHN-in Gəncə Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rəhbər heyətin mülki müdafiə məşqini keçirib. “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqdə müəssisənin rəhbərləri, Mülki müdafiə qərargahı, Mülki müdafiə qüvvələrinin......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib. ...

Ardını oxu