Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Ağdam rayonunda regional seminar-müşavirə keçirmişdir

28 aprel 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Ağdam rayonunda “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional seminar-müşavirə keçirmişdir.

Qarabağ bölgəsini əhatə edən rayonların icra nümayəndələri, bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, meşə mühafizəsi və bərpası müəssisələri, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə yanğına qarşı mühazirələr dinlənilmişdir.

Seminar-müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunmuş, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun yanğın təhlükəsizliyinin təmin olunması üçün vəzifəli şəxslər, kənd təsərrüfatı əməkçiləri, vətəndaşlar qarşısında qoyduğu vəzifələr barədə fikir mübadiləsi aparılmışdır.

Sonda mövzuya uyğun videoslayd nümayiş etdirilmiş, bu sahədə yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakatlar və “Dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi tədbirləri” adlı yaddaş kitabçası paylanılmışdır.

 

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu