Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 28 aprel 2015-ci il tarixində Qəbələ rayonu, Mirzəbəyli kənd tam orta məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirin məqsədi baş verə biləcək fövqəladə hallar zamanı nə etməli olduğunu müəllim və şagirdlərə izah etmək olmuşdur.

Tədbirdə Mərkəzin əməkdaşları “Fövqəladə hal anlayışı”, “Mülki müdafiə”, “Yanğın, partlayış”, “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları”, “Məişətdə qazdan təhlükəsiz istifadə qaydaları”, “Zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı”, “Sel və daşqın zamanı davranış qaydaları”, “Zəlzələ zamanı davranış qaydaları”, “Texnogen qəzalar”, “112” qaynar telefon xəttinə hansı hallarda müraciət etmək olar” mövzularında çıxışlar etmişlər. Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, zəlzələ və dəm qazı haqqında videoçarxlar nümayiş olunmuşdur. Daha sonra Mərkəzin əməkdaşları tərəfindən şagirdlərə Fövqəladə Hallar Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən nəşr edilən “Təhlükəsiz həyat” adlı jurnallar paylanılmışdır.

Tədbirin sonunda mövzularla bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

FHN-in Gəncə Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rəhbər heyətin mülki müdafiə məşqini keçirib. “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqdə müəssisənin rəhbərləri, Mülki müdafiə qərargahı, Mülki müdafiə qüvvələrinin......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib. ...

Ardını oxu