Geri

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Cəlilabad rayon birinciliyi keçirilmişdir

27 aprel 2015-ci il tarixində Cəlilabad rayonunun təhsil müəssisələri arasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının rayon birinciliyi keçirilmişdir.

Yarışlarda Cəlilabad şəhər 1, 2, 4, 8, 7  nömrəli orta məktəblərinin, Cəlilabad rayon Alar və Sabirabad kənd 1 nömrəli orta məktəblərin komandaları güclərini sınamışdır.

Tədbirin açılış mərasimində çıxış edənlər Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanmasından, gənclər arasında sağlam həyat tərzinin təbliğinin, məktəblilərin yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrinin, ilkin tibbi yardımın düzgün göstərilməsi qaydalarının mənimsənilməsinin vacibliyindən bəhs etmişdir.

Yarış ”kombinə edilmiş yanğın estafeti”, “axtarış-xilasetmə işi”, “komandaların təqdimatı” və “gənc ekspertlər müsabiqəsi” adlı dörd mərhələdən ibarət olmuşdur.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən Cəlilabad şəhər 1 nömrəli orta məktəb I, 8 nömrəli orta məktəb II və 2 nömrəli orta məktəb III yeri tutmuşdur.

Yarışda fərqlənmiş komandalar diplom və qiymətli hədiyyələrlə təltif olunmuşdur.

I yeri tutan komanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçiriləcək “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsində iştirak etmək hüququ əldə etmişdir.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu