Geri

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Abşeron rayon birinciliyi keçirilmişdir

27 aprel 2015-ci il tarixində Abşeron rayonu, M.Hüseynzadə adına Novxanı 1 nömrəli orta məktəbində Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibəti ilə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Abşeron rayon birinciliyi keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və respublikanın Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən tədbirdə Xırdalan şəhər 1, 2, 3, 5, 7, 9, 10 nömrəli, rayonun Masazır qəsəbə 1 və 2 nömrəli, Novxanı 1 nömrəli orta məktəblərinin komandaları güclərini sınamışdır.

Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik ruhunun, baş verə biləcək fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, bu sahədə yarış iştirakçılarının biliklərinin artırılması, gənclərə idman və sağlam həyat tərzinin təbliği və ilkin tibbi yardımın göstərilmə qaydalarının aşılanması olmuşdur.

3 mərhələdən ibarət olan yarışın yekunlarına əsasən M.Hüseynzadə adına Novxanı 1 nömrəli orta məktəb birinci, Xırdalan şəhər 9 nömrəli məktəb ikinci və   5 nömrəli məktəbin komandası isə üçüncü yeri tutmuşdur.

Yarışda fərqlənmiş komandalar diplom və qiymətli hədiyyələrlə təltif olunmuş, birinci yeri tutan komanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubeliyi münasibəti ilə keçiriləcək “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

FHN-in Gəncə Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rəhbər heyətin mülki müdafiə məşqini keçirib. “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqdə müəssisənin rəhbərləri, Mülki müdafiə qərargahı, Mülki müdafiə qüvvələrinin......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib. ...

Ardını oxu