Geri

Xəzər Rayon Gənclər və İdman İdarəsi maarifləndirmə tədbiri keçirmişdir

2015-ci il noyabr ayının 27-də Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xəzər Rayon Gənclər Evində “Mənə vacib olan bilik və tövsiyələr” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, Xəzər Rayon İcra Hakimiyyətinin, Xəzər Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak etmişdir.

Tədbirin keçirilməsində məqsəd gənclərə yanğın təhlükəsizliyi, dəm qazı zəhərlənmələri və fövqəladə hallar zamanı hərəkət qaydaları, eləcə də yol hərəkəti təlükəsizliyinin təmin edilməsi ilə bağlı biliklərin aşılanmasından ibarət olmuşdur.

Tədbiri giriş sözü ilə açan Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev gənclərlə keçirilən belə tədbirlərin əhəmiyyətindən danışmış, əldə olunacaq biliklərin müxtəlif fövqəladə hadisələr zamanı, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında faydalı olacağını vurğulamışdır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov çıxış edərək yol hərəkəti ilə bağlı mövcud problemlərdən danışmış, bu istiqamətdə görülən işlər barədə məlumat vermişdir.

Tədbirin “Fövqəladə hallarda özünü necə aparmalı” adlı maarifləndirmə hissəsində çıxış etmiş Bakı Regional Mərkəzinin əməkdaşları “Yanğın zamanı nə etməli?”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?” mövzularında məlumat vermişdir.

Çıxışlardan sonra yanğın təhlükəsizliyi, eləcə də dəm qazı barədə videoçarxlar nümayiş etdirilmiş və gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 13 iyul 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər Telekommunikasiya Qovşağının kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2018-ci il iyul ayının 10-dan 12-dək “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Biləsuvar, Neftçala və Salyan rayonlarında yanğına qarşı təbliğat işləri və müvafiq maarifləndirmə tədbirləri keçirmiş, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmiş, Xidmət tərəfindən bu məqsədlə hazırlanmış yaddaş......

Ardını oxu

Qəbələdə FHN əməkdaşlarının beşnövçülük üzrə respublika çempionatına yekun vurulmuşdur

İyulun 12-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı “N” saylı hərbi hissəsində beşnövçülük üzrə respublika çempionatına yekun vurulmuşdur. Yarışda nazirliyinin müxtəlif qurumlarını təmsil edən 16 komandanın......

Ardını oxu