Geri

FHN-in Bakı Regional Mərkəzi müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi payız-qış mövsümü ilə əlaqədar olaraq 24 noyabr 2015-ci il tarixində Nəsimi  Rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda növbəti rayon müşavirəsi keçirmişdir.

Müşavirənin keçirilməsində məqsəd payız-qış mövsümündə yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, mövcud problemlər və onların həlli yolları ilə bağlı müzakirələrin aparılması olmuşdur.

Tədbirdə Nəsimi Rayonu İcra Hakimiyyətinin, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətlərinin və təhsil müəssisələrinin, qaz və elektrik enerjisi təchizatı qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları iştirak etmişdir.

Müşavirəni giriş sözü ilə açan Nəsimi  Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nəsimi rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat vermiş, sözügedən istiqamətdə təbliğat işinin aparılmasının əhəmiyyətindən danışmışdır.

Tədbirdə 2014-cü il və 2015-ci ilin müvafiq dövrlərində baş vermiş yanğınların müqayisəli statistikası iştirakçıların diqqətinə çatdırılmış, dəm qazı zəhərlənmələrinin baş verməməsi üçün tüstü bacalarının işlək vəziyyətdə saxlanılması, eləcə də mənzillərdə qaz cihazlarından istifadə qaydalarına ciddi əməl edilməsinin vacibliyi qeyd olunmuşdur. FHN-in əməkdaşları, həmçinin, “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında məruzələrlə çıxış etmiş, yanğınların başvermə səbəbləri, onlardan qorunma yolları, eləcə də yanğın hadisələri zamanı qarşıya çıxan problemlər barədə danışmışlar. Rayon Enerji Təchizatı və Satışı İdarəsinin, Qaz İstismar Sahəsinin, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin və Təcili Tibbi Yardım Stansiyasının nümayəndələri də müvafiq olaraq “Rayonun enerji təchizatının mövcud vəziyyəti, problemlər və onların həlli yolları”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları” mövzularında çıxışlar etmişdir.  

Müşavirədə səslənmiş çıxışlara münasibət bildirən FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev yanğın təhlükəsizliyinin təmin olunması üçün sakinlər arasında təbliğat və maarifləndirmə işinin aparılmasının vacib olduğunu vurğulamış, öz təqdimatında Nəsimi rayonunda yanğın təhlükəsizliyi sahəsində mövcud olan problemlər barədə məlumat vermişdir.

Toplantıda yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videoçarxlar nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in regional mərkəzlərində və qurumlarında Milli Qurtuluş Günü qeyd edilmişdir

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzlərində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir

13 iyun 2018-ci il tarixində FHN-in Bakı Regional Mərkəzində Avropa İttifaqının “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının (PPRD East II) II fazası çərçivəsində adı çəkilən proqramının mütəxəssislərinin iştirakı ilə Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir. ...

Ardını oxu

FHN-in əməkdaşları cüdo üzrə Azərbaycan birinciliyinin qalibi olmuşlar

12-13 iyun tarixlərdə Sumqayıt şəhərindəki Sumqayıt Olimpiya Kompleksində U-23 Gənclər Arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilmişdir. Çempionatda 48 konandadan 335 idmançı qüvvələrini sınamışdır. ...

Ardını oxu