Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 28 oktyabr 2015-ci il tarixində Lənkəran şəhər Xarici dillər təmayüllü gimnaziyada “Uşaq hüquqları aylığı" çərçivəsində tədbir keçirmişdir.

Tədbirdə Lənkəran şəhər Təhsil şöbəsinin əməkdaşları, Lənkəran şəhər Xarici dillər təmayüllü gimnaziyanın müəllim və şagird kollektivi, texniki işçilər və valideynlər iştirak etmişdir.

Tədbirdə “Uşaq hüquqları aylığı" çərçivəsində son illərdə respublikada uşaq hüquqlarının təmin olunması istiqamətində bir sıra sosial, iqtisadi və hüquqi islahatların həyata keçirildiyi, bu sahədə mühüm qanunvericilik aktları və dövlət proqramlarının qəbul edildiyi diqqətə çatdırılmışdır.

Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuşdur.  

Sonda mövzulara uyğun hazırlanmış videoçarx, fotoslaydlar nümayiş etdirilmiş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Qarabağ Regional Mərkəzi 14 avqust 2018-ci il tarixində Beyləqan şəhər 2 nömrəli Uşaq Bağçasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 10 avqust  2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Zərdab rayon Telekommunikasiya Qovşağında "Fövqəladə hallarla bağlı davranış qaydaları"  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir......

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

FHN-in Cənub Regional Mərkəzi 10 avqust 2018-ci il tarixində Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu