Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirmişdir

29 oktyabr 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən S. Vurğun adına Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində yerləşən 33 nömrəli birinci seçki dairəsində “Elektrik enerjisindən istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları” mövzusunda təbliğat xarakterli tədbir keçirilmişdir.

Tədbirdə çıxış edənlər bildirmişlər ki, seçki məntəqələrində qeyri-standart elektrik cihazlarından istifadə etmək, elektrik xətlərini və uzadıcılarını həddindən artıq yükləmək, elektrik avadanlıqlarını işlək vəziyyətdə nəzarətsiz qoymaq təhlükəlidir. Yanğın hadisələrinin böyük əksəriyyəti elektrik qurğularının, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verdiyi üçün Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən seçki məntəqələrində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə təbliğat xarakterli söhbətlər aparılır, müxtəlif tədbirlər həyata keçirilir.

Sonda kitabxananın işçiləri və seçki məntəqəsinin üzvlərinə ilkin odsöndürən balonlardan istifadə qaydaları əyani olaraq göstərilmiş, elektrik enerjisindən istifadə edərkən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi ilə bağlı plakatlar paylanılmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məşqi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 21 sentyabr 2018-ci il tarixində SOCAR-ın “Azərikimiya” İstehsalat Birliyinin təmir tikinti idarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları ilə birgə 19 sentyabr 2018-ci il tarixində  maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 19 sentyabr 2018-ci il tarixində Quba şəhər 2 saylı orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu