Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti uşaqlar üçün maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 29 oktyabr 2015-ci il tarixində Gəncə şəhərindəki M.Əzizbəyov adına 15 nömrəli orta məktəbdə maarifləndirmə tədbiri keçirmişdir.

Maarifləndirmə tədbirində məktəblərdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilmiş, təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuşdur. 

Bundan başqa, “Uşaq hüquqları aylığı" çərçivəsində son illərdə respublikada uşaq hüquqlarının təmin olunması istiqamətində bir sıra sosial, iqtisadi və hüquqi islahatların həyata keçirildiyi, bu sahədə mühüm qanunvericilik aktları və dövlət proqramlarının qəbul edildiyi diqqətə çatdırılmışdır.

Digər məlumatlar

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilmişdir

22-23 fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 23 fevral 2018-ci il tarixində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 22 fevral 2018-ci il tarixində Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu