Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 28 oktyabr 2015-ci il tarixində Ağdam rayonu,  Ergi qəsəbə 129 nömrəli orta məktəbində “Yanğın təhlükəsizliyi qaydalarına hamı əməl etməlidir” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Fövqəladə Hallar Nazirliyinin yaradılmasını 10 illik yubileyinə həsr edilmiş tədbirdə Nazirliyin strukturu və fəaliyyəti haqda ətraflı məlumat verilmiş, “Fövqəladə hallar və mülki müdafiə anlayışı”, “Payız-qış mövsümündə baş verə biləcək fövqəladə hadisələr və onların profilaktikası”, “112” zəng mərkəzinə müraciət qaydaları” mövzularında çıxışlar edilmişdir.

 Tədbir iştirakçılarına, həmçinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin(Ombudsman) təşəbbüsü ilə hər il oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə keçirilən “Uşaq hüquqları aylığı” barədə məlumat verilmişdir. Mərkəz əməkdaşları “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda çıxış edərək, ölkəmizdə uşaq və gənclərin hüquqlarının qorunmasından, onların layiqli vətəndaş kimi yetişdirilməsi yolunda atılan addımlardan, qəbul edilən qərarlardan geniş bəhs etmişlər.

Sonda məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları məqsədi ilə müxtəlif təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunmuşdur.

Digər məlumatlar

FHN-nin Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 13 dekabr 2017-ci il tarixində Abşeron rayonu, Ceyranbatan qəsəbə 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi müşavirə keçirmişdir

Muğan Regional Mərkəzi 13 dekabr 2017-ci il tarixində dislokasiya ərazisində fəaliyyət göstərən nazirliyin digər qurumlarının iştirakı ilə Neftçala rayon İcra Hakimiyyətində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Mərkəz ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili və gücləndirilməsi” mövzusunda......

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 13 dekabr 2017-ci il tarixində Şabran şəhər 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu