Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 28 oktyabr 2015-ci il tarixində Abşeron Rayon Təxirəsalınmaz və Təcili Tibbi Yardım Stansiyasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd səhiyyə müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin görülməsi, səhiyyə işcilərinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olmuşdur.

Tədbir zamanı “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Elektriklə davranış qaydaları”, “Qaz çihazlarından düzgün istifadə qaydaları”, “Liftlə bağlı təhlükəsizlik qaydaları”, “112” qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında məlumat verilmişdir.

Sonda Fövqəladə Hallar Nazirliyinin hazırladığı “Dəm qazı təhlükəsi” adlı videoçarx nümayiş olunmuş, təbliğat xarakterli bukletlər paylanılmış, suallar cavablandırılmışdır. 

Digər məlumatlar

Rayon müşavirəsi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 8 noyabr 2019-cu il tarixində Nəsimi Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr”...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 8 noyabr 2019-cu il tarixində Səbail Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda......

Ardını oxu

“Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirilib

8 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə “Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirib. ...

Ardını oxu