Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

27 oktyabr 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi Qax rayonu, Almalı kənd orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi, texniki işçilər iştirak etmişdir.

Tədbirdə çıxış edən Mərkəzin əməkdaşları Fövqəladə Hallar Nazirliyi, nazirliyin 10 illik fəaliyyəti, Şimal-qərb Regional Mərkəzi, “BMT-nin Uşaq Hüquqları Konvensiyası” haqqında geniş məlumat vermişdir. Sonra fövqəladə halların yaranma səbəbləri, ərazi üçün  xarakterik olan təbii fəlakətlər və bu zaman davranış qaydaları, baş verə biləcək fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu və bu təbliğata təhsil ocaqlarının verə biləcəyi töhfələr, mülki müdafiə, nəqliyyat qəzaları, yanğınların başvermə amilləri, ona qarşı mübarizə tədbirləri, məktəblərdə yanğın təhlükəsizliyi qaydaları və yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr, texnogen qəzaların yaranmasında insan amilinin mənfi rolu, texniki təhlükəsizlik qaydaları, “112” qaynar telefon xətti və sair mövzular haqqında məlumat verilmiş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Qarabağ Regional Mərkəzi 14 avqust 2018-ci il tarixində Beyləqan şəhər 2 nömrəli Uşaq Bağçasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 10 avqust  2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Zərdab rayon Telekommunikasiya Qovşağında "Fövqəladə hallarla bağlı davranış qaydaları"  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir......

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

FHN-in Cənub Regional Mərkəzi 10 avqust 2018-ci il tarixində Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Nazirliyin regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu