Geri

FHN-in Bakı Regional Mərkəzi təlim keçirmişdir

27 oktyabr 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda təlim keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, birgə fəaliyyətin uzlaşdırılmasının məşq edilməsilə yanaşı, ali məktəb kollektivinin fövqəladə hadisələrdən mühafizə üsulları və bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarət olmuşdur.                        

Tədbirdə FHN Bakı Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə, Dövlət Sularda Xilasetmə və Tibb xidmətlərinin, Mülki müdafiə qoşunlarının, Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları,  Moskva Dövlət Universitetinin Bakı filialının professor-müəllim və tələbə heyəti iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Beynəlxalq əlaqələr üzrə prorektoru professor Oqtay Tağıyev keçirilən tədbirin əhəmiyyətindən danışmış, əldə olunacaq biliklərin fövqəladə hallar zamanı tədbir iştirakçılarına həm özlərinin, həm də ətrafdakıların təhlükəsizliyini təmin etməkdə böyük köməklik göstərəcəyini qeyd etmişdir.

Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev fövqəladə hadisələrdən heç kəsin sığortalanmadığını vurğulamış, belə hadisələrə hazır olmaqda maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyini bildirmiş və bu istiqamətdə aparılan işlər barədə məlumat vermişdir.                                         

Daha sonra nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları ali məktəbin tələbələri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli” mövzularında çıxış edərək təlim iştirakçılarına fövqəladə hallarla bağlı zəruri məlumatlar vermişdir.

Çıxışlar zamanı Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və qurumları, eləcə də dəm qazı barədə videoçarx nümayiş etdirilmişdir.

Praktik hissədə isə xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqlar, fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, akvalanq, xilasetmə və üzmə vasitələri, maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları barədə ətraflı məlumat verilmişdir.




Digər məlumatlar

Gəncədə “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə 22 iyun 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi-praktik konfrans keçirmişdir....

Ardını oxu

Füzuli rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilmişdir

FHN Qarabağ Regional Mərkəzi 22 iyun 2018-ci il tarixində Füzuli rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir

22 iyun 2018-ci il tarixində  Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu